image-image_750x_64d9f5a3a3dbfbackend

Ukrayna PUA-ları Rusiyanı vurdu

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,Rusiya mətbuatı Belqorodda Ukrayna zenit-raketinin hücumu nəticəsində dağıntılarla nəticələndiyini yazır. Qubernator Vyaçeslav Qladkov özünün Teleqram kanalında bildirib ki, Belqorod şəhərinin Yesenin küçəsindəki binalardan birində, ehtimal ki, pilotsuz təyyarənin hücumu nəticəsində 5 mənzilə ziyan dəyib. Yaxınlıqda dayanmış 16 avtomobilə də ziyan dəyib.

“Belqorodun Yesenin küçəsində fövqəladə vəziyyətlə bağlı məlumat yoxlanılır. Dağıntıların və zədələnmiş fasad plitələrinin təmizlənməsi başa çatıb. Mənzil-mənzil turu tamamlandı. Ümumilikdə 5 mənzilə (pəncərə şüşələri sındırılıb) və 16 avtomobilə ziyan dəyib”, – Qladkov yazıb.

O, həmçinin hadisə nəticəsində binanın dayaq konstruksiyalarına ziyan dəymədiyini, ölən və xəsarət alanların olmadığını bildirib.
Belqorod Şuxov adına Dövlət Texnologiya Universitetinin mütəxəssisləri avqustun 13-də Belqorodun Yesenin küçəsindəki yaşayış binasının Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində zədələndiyini təsdiqləyiblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki