image-ukrrrbackend

Ukrayna Rusiyanın anbarını məhv etdi

image-reklam_sirab_01

Rusiya Federasiyasının nəzarəti altında olan Luqansk şəhəri yaxınlığında, bu gün partlayışların qeydə alındığı Yubileyni kəndində raket silahlarının anbarı vurulub. Vətəninfo.az xəbər verir ki,  bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Komandanlığı Telegram-da məlumat yayıb.

“Ukrayna Müdafiə Qüvvələrinin müvəqqəti işğal altında olan Luqansk vilayətinin Yubileynıda raket silahları anbarının partladılmasını əks etdirən foto və videolar”, – məlumatda deyilir.

Qondarma Luqansk Demokratik Respublikasının rəhbərliyi həmçinin bəyan edib ki, Ukrayna silahlı qüvvələri mədəndə istifadə olunan ammonyak və trotilin saxlandığı şaxtanın anbarına raket zərbəsi endirib, dinc sakinlər arasında itki yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image