image-image_750x_64c2b0b82556bbackend

“Ukraynanın bütün hücum cəhdlərinin qarşısı alınıb” – Putin

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika İqtisadi və Humanitar Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində heç bir hissədə uğur qazana bilməyib, əks-hücum uğursuz alınıb.

“Bütün əks-hücum cəhdləri dayandırıldı, düşmən ağır itkilərlə geri çəkildi”, – deyə Putinin sözlərini Rusiya mətbuatı sitat gətirib.
Rusiya liderinin sözlərinə görə, Ukrayna ordusu son hücum zamanı “200-dən çox insan itirib”.

Putinin sözlərinə görə, Rusiya silahlı qüvvələrinin itkiləri on dəfədən çox azdır.

Rusiya prezidenti həmçinin bəyan edib ki, Ukrayna “külli miqdarda zirehli texnikadan istifadə edib: 50 ədəd, onlardan 39-u, o cümlədən 26 tank və 13 zirehli texnika məhv edilib”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki