image-k4_21629102892backend

Uşaq evində azyaşlılar döşəmədə yatızdırılır? – AÇIQLAMA – FOTOLAR

image-reklam_sirab_01

Şəki şəhər qarışıq tipli uşaq evində uşaqların döşəmədə yatızdırılması, rejimlərin düzgün qurulmaması kimi məlumatlar yayılıb.

Veteninfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə fotolar paylaşılıb. Bildirilir ki, Uşaq evinin rəhbərliyi azyaşlılara biganə yanaşır. Hətta oğlanlar və qızlar bir yatızdırılır. Uşaqların qidalanması belə heç də ürəkaçan vəziyyətdə deyil.Məsələ ilə bağlı Şəki şəhər qarışıq tipli uşaq evinin direktoru İlhamə Məmmədova Unikal.org-a açıqlamasında bildirib ki, həmin fotolar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi məlum olandan sonra ictimaiyyətə əlavə məlumat veriləcək./Unikal.org


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki