image-fb_img_1626003227359backend

Uzeyir Cəfərov: “Moskvada Taliban başkəsənləri görüş keçirdib”

image-reklam_sirab_01

Əfqanıstanda vəziyyət günü-gündən kritikləşməyə doğru gedir. Bu proses yaxın günlərdə daha da pisləşəcək. Başda dünyanın aparıcı söz sahii olan ölkələr-ABŞ, İngiltərə və digərləri olmaqla hamısı sürətlə Əfqanıstanda olan hərbi qüvvələrini çıxarır və bundan istifadə edən “Taliban” hərəkatı döyüşçüləri hücümlarını daha da genişləndir, yaxın vaxtlarda orada sadə dillə desək, “ara qarışıcaq, məssəb itəcək”.

Veteninfo.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Uzeyir Cəfərov bildirib .Ekspert qeyd edib ki, Əfqanıstandakı gərgin vəziyyət hamı kimi onu də çox narahat edir: “Əfqanıstana görə yox, orada olan və sülhməramlı Azərbaycan əsgərlərinə görə. İnanıram ki, Azərbaycan dövləti və hökümətli onlar haqqında yaxın günlərdə qərar qəbul edəcək. Ancaq, bu işləri sürətləndirmək, tezləşdirmək lazımdır. Hər dəqiqənin öz hökmü, öz məqamı var. Çox istərdim ki, yaxın bir neçə günə Azərbaycan oğulları geriyə- Vətənə dönsünlər. Özü də sağ salamat və qansız-qədasız. Onların sayı o qədər də çox olmasa da, biz bir qədər operativ, bir qədər tez qərar qəbul etməliyik”.

image-fb_img_1626003231270

Uzeyir Cəfərovun sözlərinə görə, hadisələr paytaxt Kabildan bir az kənarda baş versə də, biz son anı və məqamı gözləməli deyilik:

image-fb_img_1626003234333

“Artıq rəsmi qaydada bəzi işləri görməliyik.
Hazırda Əfqanıstanda təhlükəsizlik qüvvələri və silahlı qruplaşmalar arasında qarşıdurma artan xətt üzrə gedir. Taliban üzvləri əldə etdikləri şəhər və rayonlardan ruhlanaraq bir az da genişmiqyaslı əməliyyatlara baş vurublar.
Bir məsələni də qeyd edim ki, Rusiya siyasi rəhbərliyi rəsmi olsa da Talibanı qadağan olmuş silahlı dəstə elan etsələr də, ancaq onları Moskvaya dəvət edib onlara faktiki Əfqanıstanda vəziyyəti daha da gərginləşdirməyə “dobro” veriblər. Moskvada Taliban başkəsənləri görüş keçirdib, dünyaya öz məqsəd və məramlarını elan etdilər. Yenə rusun çirkin niyyəti və barmağı….

image-fb_img_1626003240032
Azərbaycan əsgərləri Əfqanıstana kömək məqsədiylə getmişdilər və şükürlər olsun ki, bu vaxta kimi hər şey yaxşı ötüşüb və çalışaq ki, bütün şəxsi heyəti yaxın günlərdə sağ-salamat ölkəmizə qaytaraq.
Tanrı Azərbaycan Silahlı Qüvvələrini, Ordusunu qorusun!”.

Gülşən


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki