image-image_750x_6496961005d44backend

“Vaqner” daha bir şəhəri tutdu: Rusiyada vətəndaş müharibəsi böyüyür

image-reklam_sirab_01

“Vaqner” özəl hərbi təşkilatının teleqram kanalında Voronejdə hərbi obyektlərin ələ keçirildiyini bildiriblər. Ordunun xalqın tərəfinə keçdiyi də qeyd olunur.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, “Vaqner”in yaradıcısı Yevgeni Priqojin Rostovda bütün hərbi obyektləri ələ keçirərək hərbi qiyam qaldırmışdı.

Daha sonra Rusiya Federasiyasının müdafiə nazirinin müavini və Baş Qərargah rəisinin müavini ilə görüşdə Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbəri və Baş Qərargah rəisi ilə görüş tələb edib, əks halda blokada ilə hədələyib. “Biz Rostov və Moskvaya doğru hərəkət edəcəyik” -deyə Yevgeni Priqojin bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki