“Vaqner”in döyüşçülərinin əksəriyyəti Rusiya prezidenti Vladimir Putinin xidmətin davam etdirilməsi ilə bağlı təklifi ilə razılaşıb. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
Dövlət Duması prezidentinin sözlərinə görə, Putin “Vaqner” döyüşçülərinə “Rusiyanı müdafiə etmək istəyənlərə əllərində silahla xidməti davam etdirməyi təklif edib”.
Vətəninfo.az “İnterfaks” istinadən xəbər verir ki, Volodin özünün Teleqram kanalında yazıb:
“Mən bildiyimə görə, əksəriyyəti razılaşıb”, – deyə o, daha sonra 24 iyun vəziyyətində güc strukturlarının özlərini ən yaxşı şəkildə göstərdiyi barədə fikirlərini bildirib.


























