image-vardanyan-2-696x434backend

Vardanyan öz xoşu ilə getmək niyyətində deyil – “Müşaviri”

image-reklam_sirab_01
“Ruben Vardanyan “istefa verməyəcək”, “işdən çıxarılacağı” halda isə Qarabağı tərk etməyəcək”.

Bunu Vardanyanın “müşaviri” Mesrop Arakelyan bildirib.

“Bu söhbətlər yeni deyil. Yanvarda olduğu kimi indi də bəyan edirəm ki, Ruben Vardanyan istefaya getməyəcək, Qarabağı tərk etməyəcək. Çünki Ruben Vardanyanın və bizim komandanın mövqeyi tutduğu vəzifə ilə müəyyən edilmir”, – deyə Arakelyan bildirib.

Vardanyan “vəzifəsindən kənarlaşdırıla bilərmi” sualına isə Arakelyan cavab verib ki, onda belə bir məlumat yoxdur və bu vəzifəyə təyinat və vəzifədən azad edilmə məsələsini separatçıların “prezidenti” Arayik Arutyunyan həll edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki