image-333backend

Vardanyan yeni müharibə anonsunu verdi: “Biz müharibəyə hazırıq”

image-reklam_sirab_01

Erməni milyarder Ruben Vardanyan  Qarabağda yeni müharibənin olacağını açıqlayıb. Vətəninfo.az xəbər verir ki, Vardanyan dünən Azərbaycanı açıq şəkildə təhdid edib. Vardanyan  özünün Facebook səhifəsində bu barədə geniş yazıb.

Vardanyan iddia edib ki, Qarabağdakı qanunsuz silahlı dəstələr Azərbaycan mövqelərini atəşə tutmayıb. O bildirib ki, bu daha çox İkinci Dünya Müharibəsi ərəfəsində Gleiwitz hadisəsinə bənzəyir. “Qarabağ ordusunun heç kimə hücumu ola bilməz. Bütün bu xəbərlər Azərbaycanın Qarabağa hücum etməsi üçün zəmin yaratmaq məqsədi daşıyır”.

Vardanyan iddia edib ki, Qarabağdakı silahlılar yeni müharibəyə hazırdırlar.

P.S. Qarabağ ermənilərin bir seçim yolu olduğunu Ali Baş Komandan İlham Əliyev Laçındakı çıxışı zamanı bildirib. İlham Əliyev həmin çıxışında erməniləri ya Qarabağı tərk eləməli olduqlarını, ya da Azərbaycan Bayrağı altında yaşamalı olduğunu bildirib.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki