image-ruben-vardanyan-775x517backend

Vardanyanın gedişindən sonra ifşalar

image-reklam_sirab_01

Fevralın 23-də Ruben Vardanyan Xankəndində divarında terrorçu Melkonyanın portreti olan kabinetini tərk etdikdən sonra Qarabağın ermənilər məskunlaşan hissəsində heyrətləndirici açıqlamalar dərc olunmağa başlayıb.

Vardanyan yerli televiziyaya açıqlamasında yerli elitanın onu necə düşmənçiliklə qarşıladığını danışıb. “Nazirlərdən biri bunu dostları ilə müzakirə edirdi. Aydındır ki, öz ambisiyaları və qaydaları olan bir yad. Əlbəttə, çoxlarının sakit həyatı pozulub. Biz hər yerdə yeni iş üslubu, yeni qaydalar tətbiq etmişik. Həqiqətən də, biz çox böyük maliyyə vəsaiti əldə edən bir çox insanın “oksigenini kəsdik””, deyə Vardanyan bildirib.

“Mən deyəndə ki, bu məsələri əvvəlki kimi həll etmək mümkün deyil, bu, böyük narazılıq doğururdu. Və biz o qədər çox insanın maliyyə axınlarını kəsmişdik ki, indi mənim vəzifədən azad edildiyimə görə sevincdən hər axşam içirlər”, deyə Vardanyan bildirib.

Onun sözlərinə görə, işə gəlməyib öz şəxsi işləri ilə məşğul olan “nazirlər” var idi.

Xalqın Vardanyanın dörd aylıq fəaliyyətinə baxışını Xankəndindən taksi sürücüsü David Stepanyan öz bloqunda təqdim edib. Onun postunun Laçın yolundakı münaqişənin səbəbi haqqında hissəsi hadisələrin başa düşülməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Stepanyan yazır:

– Rusiyalı milyarder Ruben Vardanyanın gəlişi çoxlarını sevindirdi. Bizim hakimiyyətimiz də ona çox ümid bəsləyirdi, Araik Arutyunyanın xalqa milyonlarla vədi var və … o hesab etdi ki, Ruben Vardanyan öz milyardları ilə əhalinin borclarının heç olmasa bir hissəsini ödəsə, əla olardı.

Bunun üçün danışıqları pozmaq və Azərbaycan tərəfindən gözlənilən mühasirə riskinə getməyə dəyərdi. Planın ikinci hissəsi baş tutdu, bölgə mühasirəyə alındı və beynəlxalq məhkəmənin Laçın dəhlizinin insanlar üçün açılması qərarı ilə bu, Azərbaycana qarşı mənfi dalğaya səbəb oldu.

Stepanyan belə izah edir: Vardanyanın təyin edilməsi Qarabağ ermənilərində durna kimi yaşamayacaqları, yəni uzaqlara, yaşamaq üçün yad ölkələrə getməyəcəkləri ümidi yaradıb.

Daha sonra bloger belə yazır: “Bəli, Qarabağ erməniləri yenə bir az əziyyət çəkməli oldu, onlar yeni ilsiz, meyvə-tərəvəzsiz, kofesiz və siqaretsiz qaldı, amma Vardanyanın pulu və diaspordan gözlənilən yardımla Qarabağdakı vəziyyəti düzəltmək olardı.

Lakin Ruben Vardanyan başqa yoldan getdi, büdcədən ayrılan bütün pulların auditini apardı və elitanın xərclərinin real miqyasını gördü. O, öz pulunu vermədi, büdcədə pul olduğu, amma onu silib nağdlaşdırmaq deyil, düzgün xərcləmək lazım olduğu qənaətinə gəlib.

Söhbətin nədən getdiyini anlamaq üçün bir xəbəri nümunə göstərək: Təhlükəsizlik Şurasında dəftərxana ləvazimatlarına 26 milyon dram ayrılıb, Təhlükəsizlik Şurası heç bir dəftərxana ləvazimat almayıb, sadəcə olaraq fakturanı imzalayıb və mağaza vasitəsilə büdcədən pulu nağdlaşdırıb.

Ruben Vardanyan xalqa da pul verməyib, məsələn, sakinlərin işıq və qaz pulunu ödəməyib.

Belə çıxdı ki, Aurtyunyan üçün onu dövlət naziri vəzifəsində saxlamağın artıq heç bir mənası yoxdur, Ruben Vardanyan həqiqətən də qanunsuz zənginləşmə üçün oksigeni kəsmişdisə, xalqın səsini isə artırmamışdısa, bu, onun öz əlaltıları ilə münaqişə təhlükəsi daşıyırdı”, deyə Xankəndindən olan bloger Vardanyanın missiyasının uğursuzluğunun səbəbini izah edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki