image-_118158711_screenshot2021-04-22at14-15-10backend

Videosu yayılan sabiq deputat danışdı

image-reklam_sirab_01
“Rektorla bizim universitetdən çıxan günə qədər çox isti münasibətlərimiz olub. Qarşılıqlı hörmət olub. Mənim üçün də təəccüblü oldu ki, video necə yayılıb. Araşdırmadım da bunu kim edib. Mənim üçün onun kim tərəfindən edilməsi əhəmiyyətli deyil. Bilirəm ki, Allah tərəfindən cəzasını alacaq. Onu deyə bilərəm ki, rektorla çox böyük incikliyim yarandı. Hadisəni eşidən kimi ərizəmi yazıb göndərdim. Bildirdim ki, ərizəmə qol çəksin. Düşündüm artıq orda işləyə bilmərəm”.
Veteninfo.az xəbər verir ki,bunu bir müddət əvvəl keçirilən virtual müşavirə zamanı katibəsinə qarşı  kameranın açıq olsuğu vəziyyətsə toxunan sabiq teputat,YAP-nın Xətai rayon təşkilatınən sədri vəzifəsindən qovulan Hüseynbala Mirələmov bildirib.Sabiq deputat anews.az-a açıqlamasında   elmi fəaliyyətlə məşğul olduğu ali təhsil ocağından incikliyin dilə gətirib: “Qısa deyim ki, incidim. Səbələrini demək istəmirəm. Biz bir-birimizə qardaş, dost deyirdik. Heç olmasa ərizəmi alanda protokol xatirinə zəng edib təəssüf hissini bildirə bilərdi. Ən azı deyə bilərdi ki, kaş belə olmazdı. Reaksiyasız qaldı.Bu da məndə küskünlük yaratdı. İlk dəfədir danışıram bu haqda. Bilmirəm kim etdi bunu? Ən azı telefonla zəng edə bilərdi”. Mirələmov məlum video ilə bağlı isə bunları bildirib: ” Gəlin bu haqda heç danışmayaq. Kim tənqid edibsə özü bilər, öz işləridir. Bunu deyə bilərəm ki, mən qınanmalı idim, haqlı olaraq qınanmalı idim. Özümə haqq qazandırmıram. Amma məni kim qınamalı idi? Məni mənəvi haqqı olanlar qınamalı idi. Əksinə məni elə adamlar qınadı ki, onların heç mənəvi haqqı yox idi məni qınamağa”.
Sabiq depufat bildirib ki,məlum hadisədən sonra, “olan şeydi,ürəyini sıxma,boş ver getsin”deyib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki