Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin xəbərdarlıq edib ki, ABŞ və NATO-nun Rusiyaya hücumları üçün Ukraynaya silah tədarükü Rusiyanın cavab olaraq daha güclü silahlardan istifadəsinə səbəb olacaq.
Vətəninfo.az xəbər verir ki, Volodin özünün “Telegram” yazır ki, “Kiyev rejiminə hücum silahlarının verilməsi qlobal fəlakətə gətirib çıxaracaq”.
Volodin əlavə edib: “Əgər Vaşinqton və NATO ölkələri dinc şəhərlərə hücumlar və ya torpaqlarımızı işğal etmək cəhdləri üçün istifadə olunan silahlar göndərsələr, bu, Rusiyanın cavab olaraq daha güclü silahlardan istifadə etməsinə səbəb olacaq”.
Rusiya “Tass” xəbər agentliyi isə bildirir ki,Volodin digər ölkələrin “nüvə gücləri heç vaxt yerli münaqişələrdə kütləvi qırğın silahlarından istifadə etməyib” arqumentlərini tənqid edib. O, izah edib ki, “bu qüvvələr heç vaxt öz vətəndaşlarının təhlükəsizliyinin və ya torpaqlarının bütövlüyünün təhlükə altında olduğu vəziyyətlə üzləşməyiblər”.
Dövlət Dumasının sədri ABŞ Konqresinin, Almaniya parlamentinin, Fransa Milli Assambleyasının və digər Avropa parlamentarilərinin üzvlərini insanlıq qarşısında məsuliyyətlərini dərk etməyə çağırıb: “Vaşinqton və Brüssel öz qərarları ilə dünyanı indiyə qədər gördüklərindən tamamilə fərqli olacaq fəlakətli müharibəyə və hərbi əməliyyatlara sövq edir”. Volodin “Rusiya silahlarının texnoloji üstünlüyünü nəzərə alaraq, Qərbdə bu cür qərarlar qəbul edən siyasətçilər başa düşməlidirlər ki, bu, onların ölkələrini yer üzündən siləcək qlobal fəlakətə gətirib çıxara bilər”.
Qeyud edək ki, Qərb müttəfiqləri keçən həftə Ukraynaya milyardlarla dollarlıq silah vəd etmişdilər, lakin onlar Almaniyanı NATO ölkələrinin bir qrupunda olan Almaniya istehsalı olan Leopard döyüş tanklarının tədarükünə veto qoyma hüququnu geri götürməyə inandıra bilmədilər və onların Ukraynaya təhvil verilməsi hələlik təsdiq olunmayıb.