image-1backend

Xalis qızıldan avtomobil hazırlandı -Hamısı satıldı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Koenigsegg şirkətinin müştərilərindən biri kuzovu xalis qızıldan hazırlanmış unikal Jesko hiperkarı sifariş edib. Artıq bahalı və unikal hiperkar beləliklə daha da bahalaşıb. Müştəriyə təhvil verilməzdən əvvəl təqdim edildi. Avtomobil yeganə nümunədir. Avtomobil şəffaf karbon lifli əlavələrə malikdir. Vurğu elementləri 24 karatlıq saf qızıldan hazırlanıb. Avtomobilin bu unikal nümunəsinin son qiyməti barədə məlumat verilmir. Müştərinin kim olduğu da açıqlanmır.

Koenigsegg Jesko hiperkarı hələ 2019-cu ildə təqdim edilib, lakin o, yalnız 2022-ci ildə istehsala hazırlanıb. O, 125 nüsxə ilə buraxılacaq. Bütün nümunələr istehsala başlamazdan çox əvvəl satılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki