image-60e8058d7cc4460e8058d7cc45162581850960e8058d7cc4160e8058d7cc43backend

Xalq artisti Rozanı keçmişi ilə “vurdu”: “Əli Mirəliyevlə, qızla isə…”

image-reklam_sirab_01

Müğənni Roza Zərgərlinin Xalq artisti Ramiz Məlikə söylədiyi “Aparıcılıq etdiyim verilişə çağırmıram deyə, reytinq axtarışındadır”, – fikirləri cavabsız qalmayıb.

Lent.az xəbər verir ki, R.Məlikin Rozaya cavabı daha ağır olub:

“Roza, sən məni apardığın o səviyyəsiz verilişə yalvarıb dəvət etsən də, gəlmərəm. Mən sənin kimilər deyiləm ki, reytinq dalınca qaçım. Yekə qızasan, danışığını bil. Fikir bildirmək nə vaxtdan təhqir olub? Mirəliyevlə efirdə o cür hərəkətin reytinq xatirinədir?

Bir də iki nəfərin efirdə bir yerinə buz tökməyin. Qızın … (sinəsinə), oğlanın şalvarının içinə buzu tökən sən idin. Bu da sənsən. Reytinq axtarırsan?

Qeyd edək ki, R.Zərgərli Lent.az-a açıqlamasında aktyor Elməddin Cəfərovun “Oğlum kimi alır alsın, müğənni almasın”, fikirlərini tənqid etmişdi. Bu zaman Ramiz Məlik aktyorun tərəfini saxlamışdı: “Bu Roza son zamanlar gündəmdə qalmaq üçün yaman gül açıb”.

Roza isə ona Lent.az vasitəsiylə bu cür cavab vermişdi: “Bunun iti ölüb, eşşəyi asqırır. Bu Ramiz müəllim mənim aparıcılıq etdiyim “Bakı vaxtı ilə” verilişində qonaq olmadığına görə reytinq axtarışındadır. Bir Xalq artistinin Rozaya söz atmağı qalmışdı. Eybi yoxdur, bir gün verilişimə gələr, ona reytinqin nə olduğunu göstərərəm. Mənim verilişim görkəmli sənətkarlara aiddir. Amma “Bakı vaxtı ilə” verilişində siz yoxsuz. Adımı, soyadımı da yazmayıb. Yazıb ki, “Bu” Roza. Mən də deyirəm ki, “Bu” Xalq artisti filankəs”.

image-ramiz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki