image-reklam-veteninfo
image-img_20230725_081851backend

Xameneyinin ali müşaviri: “Ermənistanın İran üçün xüsusi və strateji əhəmiyyəti var”

image-reklam-veteninfo

“İran-Ermənistan əlaqələri Əhəmənilər və Parfiya dövründən başlayır”.

Vətəninfo.az Tasnim News-ə istinadən xəbər verir ki, bu sözləri İranın ali rəhbəri Əli Xameneyinin ali müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı yazdığı məqalədə bildirib.

Ermənistanın İran üçün xüsusi və strateji əhəmiyyətə malik olduğunu yazan ali müşavir Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın ikiyə bölünməsi, İranla Ermənistan arasında olan sərhədin bağlanmasının planlaşdırıldığını iddia edib:

“Dəhliz açıldıqdan sonra biz 15 ölkə ilə deyil, 14 ölkə ilə qonşu olacağıq və İranın Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə sərbəst əlaqəsi zərər görəcək”.

Onun sözlərinə görə, bölgədə istənilən növ sərhəd dəyişikliyi uzunmüddətli gərginliyə səbəb olacaq və sərhədlərdə xarici ölkələrin olması ciddi narahatlıq doğuracaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki