image-xamaneyibackend

Xamneyinin nümayəndəsi Azərbaycanı bir ay əvvəl tərk edib?

image-reklam_sirab_01

“İranın ali lideri ayətullah Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaq Nicat bir ay əvvəl Azərbaycanı tərk edib”.

Veteniinfo.az xəbər verir ki, bu barədə   Tehranın  Azərbaycandakı səfirliyindən  mətbuata bildiriblər.

Mənbənin məlumatına  iddia edilir ki,Nicatın gedişinin son hadisələrlə əlaqəsi yoxdur və , o, Tehranda güya müalicədədir. Mənbə Xamneyinin nümayəndəsinin nə vaxt qayıdacağının planlaşdırıldığını bildirməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda Ocaq Nicatın “Hüseyniyyə” məscidində yerləşən ofisi bağlanıb. Bundan sonra Ocaq Nicatın Bakını tərk etməsi haqqında şaiyələr yayılıb.

Bakı və Tehran arasında münasibətlərin gərginləşməsi və qarşılıqlı sanksiyalarla əlaqədar bu fakt xüsusi diqqət cəlb edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki