image-367960_res_00backend

Xankəndində ara qarışdı, Paşinyana açıq dəstək verən Araiki qovmaq istəyirlər

image-reklam_sirab_01

Ermənistanda Nikol Paşinyanın partiyasının böyük fərqlə seçkilərdə qalib gəlməsindən sonra Qarabağın dağlıq hissəsinin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan hissəsində vəziyyət qəfil gərginləşib.

Veteninfo.az xəbər verir ki, dünən  ermənilər Xankəndinin mərkəzinə toplaşaraq özünü hələ də hansısa “respublikanın” prezidenti adlandıran Araik Arutyunyanın istefasını tələb ediblər.

Bu etiraz mitinqi Araik Arutyunyanın iyunun 19-da axşam Yerevanda Nikol Paşinyanın seçki qərargahında görünməsinin və ertəsi gün onun Paşinyanı qələbə münasibətilə hamıdan əvvəl təbrik etməsinin  ardınca keçirilib. Araik səsvermə ərəfəsində Paşinyanın partiyasının seçki qərargahında görünməsini “şəxsi işləri” ilə əsaslandırıb. Paşinyan isə seçkilərin ilkin nəticələri məlum olandan sonra partiyasının seçki qərargahında tərəfdarları qarşısında çıxış edərkən Araik Arutyunyana “xüsusi təşəkkür” edib. Maraqlıdır ki, bütün bunlardan sonra ermənilər Xankəndinin mərkəzinə toplaşaraq Araikin istefasını tələb ediblər.

Araik Arutyunyan isə bu gün özünün Facebook səhifəsindən hamını Xankəndinin mərkəzinə mitinqə çağırıb. O bildirib ki, “son günlər yaranmış daxili siyasi gərginliklə və son aylar yığılıb qalmış məsələlərlə bağlı” xalqa müraciət etməyə hazırlaşır. Mitinq saat 18.00-da başlamalıdır. Arutyunyan vəd edir ki, mitinqə toplaşanlar qarşısında “başlıca problemlər”-müharibədən tutmuş indiki problemlərə, Ermənistanla münasibətlərə qədər hər şey haqda açıq danışacaq.

Qeyd edək ki,bir neçə ay əvvəl “Azadlıq” radiosunun erməni xidməti Xankəndində formal mövcudluğunu saxlamış oyuncaq rejimin nümayəndəsinə istinadən müharibədəki məğlubiyyətdən sonra Araikin istefa verib getməyə qərar verdiyini, lakin rusların ona qalıb işləməyi tapşırdığını yazmışdı. Və bildirilirdi ki, əslində indi Xankəndində “1 nömrəli oğlan” Araik yox, sülhməramlıların komandanı Rüstəm Muradovdur.

İndi Araikin yazdığı kimi, Xankəndində “daxili siyasi vəziyyətin kəskinləşməsi” ola bilsin ki, onun Paşinyana açıq dəstək verməsi və bu hərəkətin Moskvanın xoşuna gəlməməsi ilə bağlıdır. Axı bu seçkilərdə Moskvaya sadiq qüvvələr başda Robert Köçəryan olmaqla biabırçı şəkildə uduzublar. Rəsmi Moskva hələlik Paşinyanı qələbə münasibətilə təbrik etməyib və seçkilərin nəticələri ilə bağlı formal açıqlamalarla kifayətlənib. Mümkündür ki, ruslar Araiki qovub onun yerinə Moskvaya birbaşa bağlı olan Vitali Balasanyanı gətirmək istəyir…

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki