image-e6a1f620-5b37-4e27-9f63-1fddf6018080backend

“Xəzəri qorumaq addımları”

image-reklam_sirab_01

“Xəzəri qorumaq addımları”

 

Türkmənistanın paytaxtı Aşqabad şəhərində iyunun 29-da Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edən Azərbaycan Respublikasınnn Prezidenti cənab İlham Əliyev çıxışında Xəzərin ekoloji problemləri ilə bağlı məsələyə də xüsusi diqqət ayırıb.

Belə ki, Xəzərə daxil olan tullantı sularının 60 %-i Volqa çayının payınadüşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir. Zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti tarixən onun ətrafında çoxlu sayda insanların məskunlaşmasına səbəb olub. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Xəzər gölünün çirklənməsindən danışarkən aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır: birincisi, çirkabın qeyri- bərabər paylanması dənizin ayrı-ayrı sahələrinin ciddi şəkildə çirklənməsinə gətirib çıxarır. İkincisi, sahilboyu

yaranan çirklənməni bir zonadan başqasına aparır və oranı da

çirkləndirir. Nəzərə alsaq ki, tullantılar əsasən suyun üzündə -üst qatında toplaşaraq “su-atmosfer” zonası yaradır, onda məhz burada yığılmış çirkablar hesabına daha çox dənizin bioloji əhəmiyyətli sahələrinin çirkləndiyini qeyd etmək lazım gəlir.

Ekoloji şərait özüdə dəniz səviyyəsinin tərəddüdlərinə təsir göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır, balıqların sahil zonalarında qidalanma bölgələrinin məhsuldarlığı və sahəsi azalır. Dənizin səviyyəsi qaxdıqca isə suların, xüsusilə böyük çayların delta bölgələrinə yanaşan sahələrdə şorluğu azalır, yem ehtiyatı artır. Məsələ ilə bağlı dövlətimizin başçısı İlham Əliyev Xəzər regionunda ətraf mühitin bugünkü vəzyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığna şərik olduğunu qeyd edib və vurğulayıb ki, “Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərlə uğurlu qarşılıqlı fəaliyyətimizi davam etdiririk”. Xəzər dənizinin dayazlaşma dinamikasının artmasının böyük narahatlıq

doğurduğunu deyən möhtərəm Prezidentimiz artıq konkret addımlar atılmasının zəruriliyini vurğulayıb və bununla bağlı bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsinin  nəzərdə tutulduğunu bildirib.

 

Bakı Musiqi Akademiyası

Özləm Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki