image-qazibackend

“Yaralanmısansa mütləq bu əlillik demək deyil”- İlkin Yusifov

image-reklam_sirab_01

Qazilərə əlillik dərəcəsinin verilməsi proseduru açıqlanıb

Veteninfo.az xəbər verir ki,Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib ki, yaralanma varsa, mütləq bu, əlillik demək deyil:

“Yaralanmanın nəticəsində mövcud olan fəsadlar, funksional pozuntular əlillik təyinatına əsas verirsə, bu halda əlillik təyin olunur. Hərbidən tərxis olunmaq, yaralanmaq başqa, əlillik isə başqa məfhumdur. Hərbidən tərxis olunan şəxsin əlillik təyinatının olması üçün mütləq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməli və həmin göndəriş əsasında qiymətləndirilmə həyata keçirilməlidir. Hərbiyə qismən və ya tam yararsız olanda şəxs tərxis olunur. Tərxis olunmaya səbəb olan xəstəlik və ya travmanın ağırlaşmalarının əlillik təyinatına əsas verib-vermədiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan ekspert komissiyalarının fəaliyyət sahəsidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki