image-062200009934backend

Yersiz qadağalar dini radikalizmə səbəb olur

image-reklam_sirab_01

İyunun 16-da Prezident İlham Əliyev Azərbaycan Milli Məclisinin “Dini etiqad azadlığı haqqında” qanuna etdiyi dəyişikliklərin icrası ilə bağlı fərman imzalayıb. Fərmana görə, ailədə dini tərbiyə məsələsində dövlətin vacib qadağası qüvvəyə minib. Belə ki, qanunun əvvəlki redaksiyasında deyilirdi ki, valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Artıq qanunda bu redaksiyada dəyişiklik edilib: “Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.Qanuna dəyişikliklər qüvvəyə minməmişdən önca nəzərdə tutulan müddəalar ictimaiyyət arasında xeyli müzakirələrə səbəb olmuşdu.

Veteninfo.az xəbər verir ki, həmin dəyişikliklər əsasən nələri ehtiva edir?Hüquqşünas Əkrəm Həsənov qanuna edilən dəyişikliklərlə bağlı ASTNA-nın suallarını cavablandırıb

Fərmanın özü texniki xarakterlidir. Yəni sözügedən qanuna edilən dəyişikliklərin icrası ilə bağlıdır. Əsas qanunun özünə edilən dəyişikliklərdir. Onların əsas mahiyyəti dövlətin ölkədəki dini qurumları üzərində nəzarətin gücləndirilməsi ilə bağlıdır. Dini təhsil, kütləvi dini ibadət, ayin və mərasimlər, dini qurumların adı, nizamnaməsi, fəaliyyət ərazisi, din məsələlərində valideyn-övlad münasibətləri və s. məsələlər üzrə. Sual: Qanuna olan dəyişikliklərdə deyilir ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Və bu dəyişiklik xeyli müzakirələrə səbəb oldu. Sizcə, bu müddəa niyə bu qədər müzakirələrə səbəb oldu ki? Cavab: Bəli, Qanuna belə bir müddəa daxil edilib: “Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.” Bu mövzu hər yerdə ciddi müzakirələrə səbəb olur. Çünki nə dinin, nə də dünyəviliyin birmənalı anlayışı var. Həm ölkələr, həm dinlər, həm inanclı insanlar, həm də deistlər və ateistlərin bu məsələlərə fərqli baxışı var. Məsələnin kökü isə daha dərindir. Müasir dünyəvilik və din anlayışları daha çox xristian ölkələrin maarifçilərinin fikirlərinin bəhrəsidir. Onlar da təbii öz nəzəriyyələrini daha çox xristianlığa qarşı qurmuşdular (məsələn, elə buna görə hazırda ateistlər orta əsrləri nadan dövr hesab edir, çünki xristian dünyasında doğrudan belə olub, amma müsəlman aləmində əksinə dinin ilk əsrləri elmin və incəsənətin yüksəliş dövrü olub). Buna görə də onlar üçün din ilk növbədə ayinlərdir: bazar günü kilsəyə getmək və s. Yəhudilikdə və İslamda isə din təkcə ayinlər deyil, həm hüquq sistemidir, konkret normalardır. Bizim cəmiyyətdə də sözügedən müzakirələr daha çox bu ziddiyyətli baxışlardan irəli gəlir. “Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır” dedikdə bizim qanun sırf xristian ölkələrin mütəfəkkirlərinin nəzəriyyəsinə uyğun ayinləri nəzərdə tutur. Məsələn, uşağa zorla namaz qıldırmaq, oruc tutdurmaq və s. olmaz. Çünki bu, sözügedən hökmran konsepsiya çərçivəsində ayinlərdir. Sözügedən müddəanın digər hissəsində isə deyilir: “Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər.” Bu isə artıq o deməkdir ki, əlbəttə, hər bir valideyn övladını öz dini əqidəsinə uyğun tərbiyə edə bilər. Məsələn, ona donuz əti yeməyi qadağan edə bilər. Yaxud uşağın hansı kitabları oxumasını, geyimini və s. müəyyənləşdirə bilər (amma qız uşağının hicab bağlaması artıq ayinə bərabər tutula bilər). Lakin bu hüquq da hədsiz deyil. Buna görə də həmin müddəada sonda deyilir: “Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir”. Beləliklə, məsələnin xeyli müzakirəsi onunla bağlı idi ki, bəzi inanclı insanlar dövlətin din dedikdə nəyi ehtiva etdiyini tam başa düşmür. Çünki qeyd etdiyim kimi, müsəlman üçün tərbiyə də elə dindir. Lakin təbii ki, dövlətin müəyyən çərçivələr həddində tərbiyəyə müdaxilə etmək fikri yoxdur. Bu heç mümkün də deyil. Tarixin ən ateist və dünyəvi dövləti olmuş SSRİ-də də mümkün olmayıb. Məsələn, SSRİ dövründə bizdə həm müsəlmanlar, həm də yəhudilər oğlan uşaqlarını sünnət etdirib. Halbuki, bu, nəinki tərbiyəvi məsələ deyil, hətta ayindir. Uşaqdan soruşan da yoxdur ki, sünnət olunmaq istəyir ya yox. Dünyəvilik baxımdan burada zor var təbii. Amma o zamanda, indidə bu ayinin icrasını heç kəs uşağın dinə etiqad etməyə məcbur edilməsi kimi qəbul etməyib və etməyəcək. Niyə? Ona görə ki, ölkə əhalisinin mütləq əksəriyyəti bunu edir. Burada biz vacib nəticəyə gəlirik. Hər bir cəmiyyətdə din və dünyəvilik anlayışları nisbidir. Əhalinin dinə bağlılığından asılıdır. Nə qədər çox bağlı olsa, dövlət də bir o qədər dünyəviliyi daha dar mənada başa düşəcək. Azərbaycan əhalisi müsəlman ölkəsi hesab edilənlər arasında dinə ən az bağlı olan ölkədir. Ümumiyyətlə, dinə bağlılığın zəifliyi baxımından dünya liderlərindən biriyik. Təkcə adımız müsəlmandır. Həm də deyirlər ki, şiəyik. Halbuki, inanclı insanlarımız arasında sünnilər bu gün yəqin ki, hətta şiələrdən də çoxdur. Sadəcə bunun tədqiqatını heç kəs aparmayıb. Dinə bağlı olmayan insanlar əhalimizin mütləq əksəriyyətini təşkil etdiyi üçün dövlət də sırf onların dinə baxışına uyğun hərəkət edir. Əksəriyyət namaz qılmır, oruc tutmur, hicab bağlamır – deməli, heç kəs uşağını da bunları etməyə məcbur etməməlidir. Amma əksəriyyət oğlan uşaqları sünnət etdirir – deməli, burada problem yoxdur. Sual: Yəni sekulyar bir ölkə olaraq belə bir müddəanın qəbul olunması normal deyilmi? Axı Azərbaycan dini dövlət deyil? Cavab: Belə bir müddəa hətta Quran baxımdan da normaldır. “Bəqərə” surəsinin 256-cı ayəsində deyilir: “Dində məcburiyyət yoxdur.” Amma yuxarıda qeyd etdiyim ki, hər bir ölkənin din və dünyəviliyin sərhədləri haqda fərqli yanaşması var. İsrail, Polşa, Yunanıstan və s. kimi yəhudi və xristian dövlətləri var ki, orada dünyəviliyin səviyyəsi bizdən xeyli aşağıdır. Bizdə də dünyəvilik mütləq deyil. Məsələn, bizdə Ramazan və Qurban bayramları məhz dini bayramlar kimi qeyd olunur. Prezident andiçmə mərasimində rəsmi and mətni ilə yanaşı həmçinin deyir: “Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.” Nəhayət, “Dini etiqad azadlığı haqqında” Qanunun 8-ci maddəsi əsasən islam dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər. Yəni Azərbaycanda ən qeyri-sərbəst dini icmalar məhz müsəlman icmalarıdır. Halbuki, dünyəvilik klassik anlamda elə dinin dövlətdən ayrı olmasını ehtiva edir. Konstitusiyamızın 18-ci maddəsində də belə təsbit edilib. Yeri gəlmişkən, Avropada dünyəvilik konsepsiyası ilk növbədə elə dini icmaları dövlət asılılığından qurtarmaq üçün meydana gəlib. Bizdə isə müsəlman icmaları kvazidövlət qurumu olan Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər. Sual: Yeri gəlmişkən, həddi buluğa çatmamış bir şəxsin yəni uşağın hansısa dinə sövq etmək ona qarşı məcburiyyət, zorakılıq deyilmi? Cavab: Konstitusiyamızın 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı var. Heç kəsi zorla hansısa dinə sövq etmək olmaz. Uşağı da. Tarix göstərir ki, bunun nəticələri elə inanclı insanlar üçün faciəli olur. Məsələn, Stalinin və Atatürkün analarının onlara uşaqlıda zorla dini təhsil verməsi dinə qarşı mənfi yanaşmalarının formalaşmasına gətirdi. Nəticədə SSRİ-nin və Türkiyənin dindarları Stalin və Atatürkün antidini repressiyalarının qurbanı oldular. Eyni zamanda valideynin övladını öz dinində görmək arzusu başa düşüləndir. Hər bir valideyn övladını öz əqidəsində görmək istəyir. Liberal övladını liberal görmək istəyirsə, müsəlman niyə övladını müsəlman görmək istəyə bilməz? Təbii, hər valideyn övladını dininə uyğun böyüdürsə, burada problem yoxdur. Əsas odur ki, zor tətbiq olunmasın və həmin din (cərəyan) insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olmasın. Amma dövlət də yersiz qadağalara getməməlidir. Sual: Bu məsələ ümumiyyətlə, necə tənzimlənməlidir ki, dünyəvi dövlətdə heç kimin haqqı pozulmasın, həm də uşaqların psixoloji, fiziki sağlamlığına zərər vurmasın? Cavab: İlk növbədə maarifçilik işi düzgün qurulmalıdır. Dinlərin tarixi məktəbdə uşaqlara tədris olunmalıdır ki, onlar ilk olaraq həm radikal dindarların (onlar üçün əqidələrində olmayanlar düşməndir), həm də radikal ateistlərin (onlar üçün hər saqqallı kişi və hicablı qadın terroristdir) təsiri altına düşməsinlər. ikincisi də, Bəzi radikal valideynlərin qurbanı olmasınlar. Televiziya kanallarında və s. bu məsələyə yer verilməlidir. Çünki məsələ çox həssasdır. Valideyn-övlad münasibətlərinə dövlət müstəsna hallarda müdaxilə etməlidir. Bu halları isə həm valideynlər, həm də uşaqlar dəqiq bilməlidir. Artıq yasaqlara da yol verilməməlidir. Təsəvvür edin ki, bizdə hicabda pasporta şəkil çəkdirmək kimi problem var. Heç xristian ölkələrinin çoxunda belə problem yoxdur. Azərbaycanda dini radikalizm təhdidi xeyli şişirdilib deyə bəzi məmurlar yersiz qadağalar tətbiq edir. Hətta bəzi məscidlər də illərdir bağlıdır. Əslində, belə addımlar dini radikalizmə yol açır xəbər verir ki,həmin dəyişikliklər əsasən nələri ehtiva edir?Hüquqşünas Əkrəm Həsənov qanuna edilən dəyişikliklərlə bağlı ASTNA-nın suallarını cavablandırıb.

Əkrəm bəy, Prezident İlham Əliyev Azərbaycan Milli Məclisinin “Dini etiqad azadlığı haqqında” qanuna etdiyi dəyişikliklərin icrası ilə bağlı fərman imzaladı. Bu qanunda əsasən hansı önəmli dəyişikliklər nəzərdə tutulub?

Fərmanın özü texniki xarakterlidir. Yəni sözügedən qanuna edilən dəyişikliklərin icrası ilə bağlıdır. Əsas qanunun özünə edilən dəyişikliklərdir. Onların əsas mahiyyəti dövlətin ölkədəki dini qurumları üzərində nəzarətin gücləndirilməsi ilə bağlıdır. Dini təhsil, kütləvi dini ibadət, ayin və mərasimlər, dini qurumların adı, nizamnaməsi, fəaliyyət ərazisi, din məsələlərində valideyn-övlad münasibətləri və s. məsələlər üzrə.

– Qanuna olan dəyişikliklərdə deyilir ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Və bu dəyişiklik xeyli müzakirələrə səbəb oldu. Sizcə, bu müddəa niyə bu qədər müzakirələrə səbəb oldu ki?

Bəli, Qanuna belə bir müddəa daxil edilib: “Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.”

Bu mövzu hər yerdə ciddi müzakirələrə səbəb olur. Çünki nə dinin, nə də dünyəviliyin birmənalı anlayışı var. Həm ölkələr, həm dinlər, həm inanclı insanlar, həm də deistlər və ateistlərin bu məsələlərə fərqli baxışı var. Məsələnin kökü isə daha dərindir. Müasir dünyəvilik və din anlayışları daha çox xristian ölkələrin maarifçilərinin fikirlərinin bəhrəsidir. Onlar da təbii öz nəzəriyyələrini daha çox xristianlığa qarşı qurmuşdular (məsələn, elə buna görə hazırda ateistlər orta əsrləri nadan dövr hesab edir, çünki xristian dünyasında doğrudan belə olub, amma müsəlman aləmində əksinə dinin ilk əsrləri elmin və incəsənətin yüksəliş dövrü olub). Buna görə də onlar üçün din ilk növbədə ayinlərdir: bazar günü kilsəyə getmək və s. Yəhudilikdə və İslamda isə din təkcə ayinlər deyil, həm hüquq sistemidir, konkret normalardır.

Bizim cəmiyyətdə də sözügedən müzakirələr daha çox bu ziddiyyətli baxışlardan irəli gəlir. “Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır” dedikdə bizim qanun sırf xristian ölkələrin mütəfəkkirlərinin nəzəriyyəsinə uyğun ayinləri nəzərdə tutur. Məsələn, uşağa zorla namaz qıldırmaq, oruc tutdurmaq və s. olmaz. Çünki bu, sözügedən hökmran konsepsiya çərçivəsində ayinlərdir.

Sözügedən müddəanın digər hissəsində isə deyilir: “Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər.” Bu isə artıq o deməkdir ki, əlbəttə, hər bir valideyn övladını öz dini əqidəsinə uyğun tərbiyə edə bilər. Məsələn, ona donuz əti yeməyi qadağan edə bilər. Yaxud uşağın hansı kitabları oxumasını, geyimini və s. müəyyənləşdirə bilər (amma qız uşağının hicab bağlaması artıq ayinə bərabər tutula bilər). Lakin bu hüquq da hədsiz deyil. Buna görə də həmin müddəada sonda deyilir: “Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir”.

Beləliklə, məsələnin xeyli müzakirəsi onunla bağlı idi ki, bəzi inanclı insanlar dövlətin din dedikdə nəyi ehtiva etdiyini tam başa düşmür. Çünki qeyd etdiyim kimi, müsəlman üçün tərbiyə də elə dindir. Lakin təbii ki, dövlətin müəyyən çərçivələr həddində tərbiyəyə müdaxilə etmək fikri yoxdur. Bu heç mümkün də deyil. Tarixin ən ateist və dünyəvi dövləti olmuş SSRİ-də də mümkün olmayıb. Məsələn, SSRİ dövründə bizdə həm müsəlmanlar, həm də yəhudilər oğlan uşaqlarını sünnət etdirib. Halbuki, bu, nəinki tərbiyəvi məsələ deyil, hətta ayindir. Uşaqdan soruşan da yoxdur ki, sünnət olunmaq istəyir ya yox. Dünyəvilik baxımdan burada zor var təbii. Amma o zamanda, indidə bu ayinin icrasını heç kəs uşağın dinə etiqad etməyə məcbur edilməsi kimi qəbul etməyib və etməyəcək. Niyə? Ona görə ki, ölkə əhalisinin mütləq əksəriyyəti bunu edir.

Burada biz vacib nəticəyə gəlirik. Hər bir cəmiyyətdə din və dünyəvilik anlayışları nisbidir. Əhalinin dinə bağlılığından asılıdır. Nə qədər çox bağlı olsa, dövlət də bir o qədər dünyəviliyi daha dar mənada başa düşəcək. Azərbaycan əhalisi müsəlman ölkəsi hesab edilənlər arasında dinə ən az bağlı olan ölkədir. Ümumiyyətlə, dinə bağlılığın zəifliyi baxımından dünya liderlərindən biriyik. Təkcə adımız müsəlmandır. Həm də deyirlər ki, şiəyik. Halbuki, inanclı insanlarımız arasında sünnilər bu gün yəqin ki, hətta şiələrdən də çoxdur. Sadəcə bunun tədqiqatını heç kəs aparmayıb.

Dinə bağlı olmayan insanlar əhalimizin mütləq əksəriyyətini təşkil etdiyi üçün dövlət də sırf onların dinə baxışına uyğun hərəkət edir. Əksəriyyət namaz qılmır, oruc tutmur, hicab bağlamır – deməli, heç kəs uşağını da bunları etməyə məcbur etməməlidir. Amma əksəriyyət oğlan uşaqları sünnət etdirir – deməli, burada problem yoxdur.

-Yəni sekulyar bir ölkə olaraq belə bir müddəanın qəbul olunması normal deyilmi? Axı Azərbaycan dini dövlət deyil?

 Belə bir müddəa hətta Quran baxımdan da normaldır. “Bəqərə” surəsinin 256-cı ayəsində deyilir: “Dində məcburiyyət yoxdur.” Amma yuxarıda qeyd etdiyim ki, hər bir ölkənin din və dünyəviliyin sərhədləri haqda fərqli yanaşması var. İsrail, Polşa, Yunanıstan və s. kimi yəhudi və xristian dövlətləri var ki, orada dünyəviliyin səviyyəsi bizdən xeyli aşağıdır. Bizdə də dünyəvilik mütləq deyil. Məsələn, bizdə Ramazan və Qurban bayramları məhz dini bayramlar kimi qeyd olunur. Prezident andiçmə mərasimində rəsmi and mətni ilə yanaşı həmçinin deyir: “Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.” Nəhayət, “Dini etiqad azadlığı haqqında” Qanunun 8-ci maddəsi əsasən islam dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər. Yəni Azərbaycanda ən qeyri-sərbəst dini icmalar məhz müsəlman icmalarıdır. Halbuki, dünyəvilik klassik anlamda elə dinin dövlətdən ayrı olmasını ehtiva edir. Konstitusiyamızın 18-ci maddəsində də belə təsbit edilib. Yeri gəlmişkən, Avropada dünyəvilik konsepsiyası ilk növbədə elə dini icmaları dövlət asılılığından qurtarmaq üçün meydana gəlib. Bizdə isə müsəlman icmaları kvazidövlət qurumu olan Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər.

– Yeri gəlmişkən, həddi buluğa çatmamış bir şəxsin yəni uşağın hansısa dinə sövq etmək ona qarşı məcburiyyət, zorakılıq deyilmi?

Konstitusiyamızın 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı var. Heç kəsi zorla hansısa dinə sövq etmək olmaz. Uşağı da. Tarix göstərir ki, bunun nəticələri elə inanclı insanlar üçün faciəli olur. Məsələn, Stalinin və Atatürkün analarının onlara uşaqlıda zorla dini təhsil verməsi dinə qarşı mənfi yanaşmalarının formalaşmasına gətirdi. Nəticədə SSRİ-nin və Türkiyənin dindarları Stalin və Atatürkün antidini repressiyalarının qurbanı oldular.

Eyni zamanda valideynin övladını öz dinində görmək arzusu başa düşüləndir. Hər bir valideyn övladını öz əqidəsində görmək istəyir. Liberal övladını liberal görmək istəyirsə, müsəlman niyə övladını müsəlman görmək istəyə bilməz? Təbii, hər valideyn övladını dininə uyğun böyüdürsə, burada problem yoxdur. Əsas odur ki, zor tətbiq olunmasın və həmin din (cərəyan) insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olmasın. Amma dövlət də yersiz qadağalara getməməlidir.

– Bu məsələ ümumiyyətlə, necə tənzimlənməlidir ki, dünyəvi dövlətdə heç kimin haqqı pozulmasın, həm də uşaqların psixoloji, fiziki sağlamlığına zərər vurmasın?

 İlk növbədə maarifçilik işi düzgün qurulmalıdır. Dinlərin tarixi məktəbdə uşaqlara tədris olunmalıdır ki, onlar ilk olaraq həm radikal dindarların (onlar üçün əqidələrində olmayanlar düşməndir), həm də radikal ateistlərin (onlar üçün hər saqqallı kişi və hicablı qadın terroristdir) təsiri altına düşməsinlər. ikincisi də, Bəzi radikal valideynlərin qurbanı olmasınlar. Televiziya kanallarında və s. bu məsələyə yer verilməlidir. Çünki məsələ çox həssasdır. Valideyn-övlad münasibətlərinə dövlət müstəsna hallarda müdaxilə etməlidir. Bu halları isə həm valideynlər, həm də uşaqlar dəqiq bilməlidir. Artıq yasaqlara da yol verilməməlidir. Təsəvvür edin ki, bizdə hicabda pasporta şəkil çəkdirmək kimi problem var. Heç xristian ölkələrinin çoxunda belə problem yoxdur. Azərbaycanda dini radikalizm təhdidi xeyli şişirdilib deyə bəzi məmurlar yersiz qadağalar tətbiq edir. Hətta bəzi məscidlər də illərdir bağlıdır. Əslində, belə addımlar dini radikalizmə yol açır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki