image-reklam-veteninfo
image-1backend

İran: “Şərtlərimiz qəbul edilənədək Hörmüz boğazı açılmayacaq”

image-reklam-veteninfo

İran ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı bəyanatlarına münasibət bildirib. İran bildirib ki, müəyyən edilmiş şərtlər qəbul edilənə qədər boğazın yenidən açılması mümkün deyil.

Vətəninfo.az xəbər verir ki, məsələ ilə bağlı Fars Körfəzi İdarəsinin “X” sosial media platformasındakı rəsmi hesabında paylaşım edilib. Paylaşımda vurğulanıb ki, ABŞ rəsmilərinin blokadanın qaldırılması ilə bağlı bəyanatları və sosial şəbəkələrdəki paylaşımları mövcud reallığı dəyişmir.
Bildirilib ki, Hörmüz boğazı hələ də bağlıdır və Tehranın şərtləri yerinə yetirilməyənədək gəmilərin hərəkəti bərpa olunmayacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl etdiyi paylaşımda boğazın ABŞ-nin nəzarətində olduğunu bəyan etmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki