image-reklam-veteninfo
image-1115582backend

Zaxarovadan iddia: Bu Ukraynanın növbəti təxribatıdır

image-reklam-veteninfo

Krım körpüsünə hücum iki sualtı pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə TASS-a Rusiya Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.

“Saat 03:05-də Ukraynaya məxsus iki sualtı pilotsuz uçan aparat Krım körpüsünə hücum edib”, – mesajda deyilir.

Rusiya Federasiyasının İstintaq Komitəsi faktla bağlı “Terrorçuluq” maddəsi ilə cinayət işi açıb.

Hadisə nəticəsində 1 kişi və 1 qadın həlak olub, onların 14 yaşlı qızı yaralanıb.

Krım körpüsündə baş verən partlayışı şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “Kiyev rejimi terrorçudur” və Ukrayna rəsmiləri “Amerika və Böyük Britaniya xüsusi xidmət orqanlarının və siyasətçilərinin birbaşa iştirakı ilə qərarlar qəbul edirlər”.

“RBK-Ukrayna” qəzeti Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrinə istinadən yazır ki, Krım körpüsünə hücum Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri və Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən xüsusi əməliyyatdır.

Ukraynanın təhlükəsizlik xidməti sosial şəbəkələrdəki rəsmi səhifələrində Krım körpüsünün partlaması ilə bağlı şeirlə müraciət edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki