Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin əks-hücuma hazır olduğunu bəyan edib.
“Ordumuz ümid etdiyi silahları almasa da, daha çox gözləyə bilmərik”, – Vətəninfo.az xəbər verir ki, bunu Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna əlavə əks-hücum resurslarına sahib olmaq istəsə də, aylarla gözləyə bilməz.
“Bunun nə qədər vaxt aparacağını və hansı qiyməti ödəyəcəyimizi dəqiq bilmirəm”, – deyə Zelenski bildirib.
O qeyd edib ki, Rusiyanın havada üstünlüyü var və təyyarələrdən müdafiənin olmaması əks-hücum zamanı böyük itkilərə səbəb ola bilər.
Ukrayna rəhbəri həmçinin vurğulayıb ki, Kiyevin cəbhə xəttində həm mülki şəxsləri, həm də əsgərləri qorumaq üçün əlavə Patriot komplekslərinə ehtiyacı var.