image-reklam-veteninfo
image-2backend

Zelenski: “Müharibə yavaş-yavaş Rusiya ərazisinə üz tutur”

image-reklam-veteninfo

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, müharibə yavaş-yavaş Rusiya ərazisinə üz tutur və bu, qaçılmaz prosesdir.
Vətəninfo.az xəbər verir ki, Zelenski sosial media hesabından etdiyi video paylaşımında Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişatını dəyərləndirib.

Rusiyanın təcavüzünün döyüş meydanında iflasa uğradını qeyd edən Zelenski deyib ki, bu gün Rusiya rəhbərliyinin bir-iki həftə davam edəcəyini gözlədiyi xüsusi hərbi əməliyyatın 522-ci günüdür. Ukrayna güclənir. Müharibə yavaş-yavaş Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına üz tutur və bu, qaçılmaz, təbii və ədalətli prosesdir.

Rusiya Müdafiə Nazirliyi isə bu gün səhər saatlarında Ukraynanın Moskva vilayətindəki obyektlərə pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirmək cəhdinin qarşısının alındığını, PUA-ların isə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.

Moskva meri Sergey Sobyanin isə sosial media hesabından paylaşım edərək, Ukraynanın PUA-larla hücum cəhdinin qarşısı alındığını, lakin düşən pilotsuz təyyarələrin Moskvada bəzi qüllələrə dəyib, dağıntılara səbəb olduğunu, ölən və ya yaralanan olmadığını bildirib.

Digər tərəfdən, sosial mediada yayılan bəzi görüntülərdə Moskvada göydələnlərin yerləşdiyi Moskva Siti bölgəsində PUA-lardan birinin qəzaya uğraması nəticəsində partlayışın baş verdiyi görülüb.

Ukraynanın iyulun 24-ü və 28-də Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücumlar həyata keçirdiyi, ölən və yaralananların olmadığı bildirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki