“NATO Ukraynanın təhlükəsizliyini təmin edəcək, Ukrayna NATO-nu daha güclü edəcək”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski NATO sammitində iştirak etmək üçün səfər etdiyi Litvanın paytaxtı Vilnüs şəhərinin mərkəzində Ukraynanın NATO üzvlüyünə dəstək konsertinin açılışında etdiyi çıxışda deyib.
Zelenski Litvaya “güclü NATO-ya, şübhə etməyən, vaxt itirməyən və heç bir təcavüzkara baxmayan bir NATO-ya inamla” gəldiyini bildirib:
“Mən istəyirəm ki, bu inam layiq olduğumuz həllərə inamla çevrilsin. Hər bir əsgərimiz, hər bir vətəndaşımız, hər bir anamız, hər bir balamız bunu gözləyir. Yəni bu, böyük bir arzudur? NATO Ukraynanın təhlükəsizliyini təmin edəcək, Ukrayna NATO-nu daha güclü edəcək”.