Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini Ukraynaya təhvil verməyə çağırıb. “Rusiya Ukrayna vətəndaşını Gürcüstan hakimiyyətinin əli ilə qətlə yetirir. Biz dəfələrlə rəsmi Tbilisini bu istehzaya son qoymağa və lazımi müalicə üçün Saakaşvilini Ukraynaya köçürməyə çağırmışıq”, – deyə Zelenski bildirib.