image-3backend

Zelenski son nöqtəni qoydu: “Müharibə yalnız biz qalib gələndə bitəcək”

image-reklam_sirab_01

“Biz qalib gələndə müharibə bitər. Rusiya bu müharibəni daha tez bitirə bilər. Bunun üçün onlar bizim torpaqlarımızı tərk etməlidirlər”.

Vətəninfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin (ASB) Sammitinin keçiriləcəyi Mimi qalasında Moldova prezidenti Maia Sandu tərəfindən qarşılandığında müharibənin nə vaxt bitəcəyi ilə bağlı açıqlamasında deyib.

Zelenski ASB Sammiti zamanı bəzi liderlərlə danışıqlar aparacağını və bu görüşlərdə “Patriot” raket sistemləri kimi hərbi dəstəyin müzakirə olunacağını bildirib.

Ölkəsinin Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyü ilə bağlı Ukrayna lideri “Biz inanırıq ki, gələcəyimiz Aİ-dədir. Ukrayna da NATO-ya üzv olmağa hazırdır. NATO-nun Ukraynanı da daxil edəcəyini gözləyirik. Rusiyanın Ukraynaya hücumu və Avropanın başqa yerlərində mümkün hücumlar səbəbindən təhlükəsizlik zəmanətləri təkcə Ukrayna üçün deyil, Moldova üçün də var. Bu, bizim üçün də vacibdir” deyib.

Zelenski ASB Sammitində ölkəsinin təcili olaraq Rusiyaya qarşı təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu vurğulayıb:

“Bu yay Vilnüsdə keçiriləcək NATO Sammitində Ukraynaya üzvlük üçün açıq dəvət, həmçinin NATO-ya üzvlük yolunda təhlükəsizlik zəmanəti verilməlidir”.

Volodimir Zelenski müasir döyüş təyyarələrinə ehtiyac duyduqlarını və onlara F-16 qırıcıları verilərsə, Rusiyanı məğlub edə biləcəklərini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki