image-reklam-veteninfo
image-1backend

Zelenski və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri hava limanında gizli görüşdülər

image-reklam-veteninfo

Reuters agentliyinin vəziyyətlə tanış olan iki mənbəyə istinadən verdiyi məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenski İrlandiyanın Şennon hava limanında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə görüşüb.

Vətəninfo.az xəbər verir ki, agentliyin mənbələrindən birinin məlumatına görə, görüş sentyabrın 21-də baş tutub. Başqa bir mənbə bildirib ki, Zelenski və Retkliff təyyarələri yanacaq doldurmaq üçün hava limanında dayanarkən danışıblar.

Reuters-in həmsöhbətləri söhbətin məzmununu və ya məqsədini açıqlamayıblar. Onlar məsələnin həssaslığı səbəbindən anonimlik şərti ilə danışıblar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki