image-zengezurbackend

Zəngəzurun ayaq səsləri…

image-reklam_sirab_01

İran rejimi son onilliklərdə etibarlı dost qazanmaqda uğur əldə edə bilmir

İran hərbi rəhbərliyi tərəfindən oktyabrın 5-dən Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən Azərbaycan təyyarələrinin uçuşuna qadağa qoyulmasından cəmi 1 gün sonra Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO)İran hakimiyyətini pis vəziyyətdə qoyan sensasiyalı bir məlumat yayaraq, beynəlxalq qaydalara əsasən regionun hava məkanını və bütün hava dəhlizlərini uçuşlar üçün açıq elan etdi. Belə çıxır ki, Azərbaycan və Ermənistan hava dəhlizlərini açmaq üçün beynəlxalq təşkilat ilə müzakirələr apardığı və müzakirələrin sona çatdığı bir zamanda, Tehran öz hava məkanının Naxçıvan istiqamətində bağlamağa qərar verdi. Təbii ki, İranın bu addımı Rusiya ilə İranın əlaqələrinin və qarşılıqlı daşınmaların taleyini şübhə altına alır. İranın nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən istifadə etməməsi, Tehran üçün daha çox məhdudiyyətlər vəd edir. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalardan məhrum olmaq üçün İranın bu qədər səy göstərməsi anlaşılan deyil.

Dünən Azərbaycanın Naxçıvandakı hərbi hissələrin təchizatını həyata keçirmək üçün Türkiyə ərazisindən də rahatlıqla istifadə etdiyini və İranın yenə də “son gülləsini öz ayağına” atdığını yazmışdım. Bu gün ICAO-nun verdiyi qərar İran barədə yazılanları bir daha təsdiq etdi. İran rejimi son onilliklərdə qonşularla xoş münasibətlər qurmaqda, düşmən deyil, etibarlı dost qazanmaqda uğur əldə edə bilmir, bu isə İranın mənfi obrazının təsdiqlənməsində və ölkənin hər kəs tərəfindən rədd edilməsində müsbət rol oynayır.
İstənilən halda Azərbaycan tərəfinin uzun müddət israr etdiyi kommunikasiyaların və dəhlizlərin açılması məsləsi artıq reallığa çevrilir. Müharibə artıq bitib, regionda çox reallıqlar dəyişib. Belə olan halda regional aviasiya təhlükəsizliyi qaydalarının da dəyişməsi gözlənilən idi. Bu gündən Azərbaycan təyyarələri beybəlxalq konvensiyalara uyğun olaraq Zəngəzir dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir. 6 oktyabr “Zəngəzir dəhlizinin üzərindəki hava məkanından ilk istifadə günü” kimi yadda qalacaq.

Regionda kommunikasiyaların açılması növbəti nümunəsi eyni zamanda Ermənistanın da tranzit ölkəyə çevrilməsinə imkan yaradacaq. Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə biləcəklər. Bu həm
Azərbaycan, həm də Ermənistanın hər iki ölkə tərəfindən qəbul edilən öhdəliklərdən irəli gəlir.

Baş verən proseslər göstərir ki, rəsmi Bakı cəmi bir neçə saat ərzində İranın tətbiq etdiyi sanksiyaların təsirini sıfıra endirdi. Artıq Azərbaycan təyyarələrinin İranın hava məkanından istifadə etməsinə ehtiyac qalmadı. Bəs ICAO-nun tələblərini pozan İranın neçə, Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinə alternativi varmı?

P.S.Azərbaycan təyyarələrinin İranın hava məkanından istifadə etməsinə ehtiyac qalmaması əslində müsbət haldır, çünki İran hava vasitələrinin identifikasiyasını həyata keçirməkdə hələ də problemlərə malikdir.

Ədalət Verdiyev, hərbi ekspert

 

İstinad:Moderator.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki