Zəngilan rayonu Ağalı kəndində -“Ağıllı kənd”
Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəlki müstəqilliyinə qovuşdu. Lakin elə oldu ki, birinci respublika 2 il yaşaya bildi, daha sonra isə süqut etdi. Dövlət müstəqilliyinin bərpa olunması ilə doğma torpağımız olan İrəvanın Ermənistama verilməsi ilə əziz diyarımız bizlərdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyin möhkəm olmaması nəticəsində xalqımız çox amansız faciələrlə üz- üzə qalmışdır. Həm Şərqi Zəngəzur, həm Qarabağın işğala məruz qalması böyük bir faciə idi. O vaxtkı hakimiyyət torpaqlarımızın bütövlüyünü qoruyub saxlamağa nail olmamışdır.
1920-ci ilin noyabrdında Qərbi Zəngəzurun Azərbaycandan ayrılıb Ermənistana verilməsi xalqımıza qarşı edilən ədalətsiz, düşmənçi, zorakı davranışın göstərgəsi idi. Bizim müstəqiliyimiz günü- gündən əlimizdən alınmaqda davam edirdi. Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara biləsən. Ulu Öndərin çağırışından sonra müstəqilliyimiz get- gedə bərpa olunmağa başlamışdır, Azərbaycan dövləti müstəqil respublika olaraq tanınmışdır. Hazırkı dövrdə iqtisadi göstərilərimiz müsbətdir və buda bizə iqtisadi cəhətdən də müstəqil ölkə olmamıza şərait yaradır. Azərbaycan bu anlamda tam müstəqil bir dövlətdir. Güc amili ilə öndə olmamız, hərbi gücün davamlı olaraq artmaqda olması respublikamızı sabitlik və təhlükəsiz yaşam diyarına çevirir. Bunu bariz olaraq bütün dünya görür və şahiddir. Ermənistanının isə acınacaqlı vəziyyəti göz önündədir ki, bu vəziyyətdə Ermənistanın dövlət kimi işğalçılıq siyasətinin nəticəsidir. Hərbi, siyasi, iqtisadi cəhətdən zəif olan Ermənistanın xarici havadarları Azərbaycan xalqının önündə, iradəsi qarşısında tab gətirə bilmədi.
44 günlük müharibə bunun bariz nümunəsidir ki, Azərbaycan xalqının gücünə, iradəsinə, həmrəyliyinə bütün dünya şahid oldu. Artıq bu müharibədən sonra Dağlıq Qarabağ münaqişəsi başa çatmış, Minsk qrupu öz fəaliyyət dairəsini başa vurmuşdur. Bütün dünya ölkələri və aparıcı beynəlxaql təşkilatlar bu reallıqları qəbul ediblər.
Ermənistanla bağlı olaraq başlıca məqsədimiz əsas olaraq sərhədlərin müəyyən olunmasıdır ki, bu olarsa artıq revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulmuş demək olacaqdır. Bununla yanaşı sülh müqaviləsi imzalanmalıdır. Əsas məsələ isə Zəngəzur dəhlizinin açılmasıdır ki, Ermənistanda buna hər zaman maneə yaradır. İrəli sürülən 5 prinsip sülh müqaviləsi əsas təşkil etməlidir, burada müəyyənləşən prinsiplər böyük önəm daşıyıcısıdır.
Hər şeydən önvə Azərbaycan çox millətli, çoxkonfenssiyalı bir ölkədir. Humanistliyini Azərbaycan orada göstərir ki, Ermənistan kimi bir dövlətin əhalisinin Azərbaycanda yaşamasına icazə verir. Nəyinki Ermənistan bütün xalqın nümayəndələri diyarımızda rahat yaşa bilərlər, bütün hüquqlardan da istifadə edə bilərlər.
Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bu tarixi də hər kəs yaxşı bilir. O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı.
44 gün ərzində bütövlüyün bərpasına nail olan xalq müzəffər xalq olaraq yaşayacaqdır. Artıq “Böyük qaydış” dediyimiz prosesə start verilmişdir. Bərpa quruculuq işlərinin sürətlə davam etməkdə olması ilə artıq birinci pilot layihə Zəngilanda icra edildiki buda Ağalı kəndidir. Artıq burada 200 evdən ibarət kənd salınmışdır. Əlavə olaraq 150 evin inşası, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.
İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir.
Doğma diyarın əziz vətəndaşları, gənclər də dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. Qayıdış üçün şəraitin yaradılması üzrə hazırlıq işləri görülür, kəndlər seçilmişdir.
Qarabağı hələ uşaqkən ana-atasının qucağında gözü yaşlı tərk etmək məcburiyyətində qalanlar, hələ o torpaqları görməyən gənclərimiz bu diyardan ötəri ölümə belə başı dik gedirdilər. Məhz onların sayəsində yalın ayaq, gözü yaşlı çıxdığımız bu torpaqlara tank belində, at çiynində məğrur, başı dik, qürurlu şəkildə addımlayırıq. Bu Zəfəri torpaq uğrunda canını qanını qoyan şəhidlərimizə, qazilərimizə, veteranlarımıza borcluyuq.
İsmayılov Akif/ Nəsimi rayon Ağsaqqallar şurasının üzvü