image-28ea4062-76da-486a-a0de-fcceaa75d1b2backend

Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz…

image-reklam_sirab_01

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Bizim böyük xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyev elə uşaqlıqdan təmkinli və zəhmətkeş idi.

On yaşından başlayaraq zəhmətlə işləməyə başlamışdır. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur . 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı.

Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur.

O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən idi.

Azərbaycan da Hacı Zeynalabdin Tağıyevlə yanaşı bir çox milyonçular var idi. Amma onlar Hacı Zeynalabdin Tağıyev kimi yaddaşlarda dərin iz qoymayıb. Çünki onlar yalnız milyonçu idi. Amma Hacı Zeynalabdin Tağıyev isə həm milyonçu, həm də böyük xeyriyyəçi idi. Hələ o zamanlar qızların təhsil alması üçün şərait yox idi. Ona görə qızlar təhsil ala bilmirdilər. Buna görə də Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir.

Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Sona xanımın təklif etdiyi göstərilir. Çünki gənc yaşda Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı olanSona xanım təhsil ala bilməmişdi. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Və o həmin  seminariyadır ki, bu gün mən və mənim kimi yüzlərlə yalnız tələbəsi qızlar olan Bakı Qızlar Universitetidir.

 

 Nəsimi Rayon Gənci: Yusubova Təravət.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki