image-reklam-veteninfo
image-1644176086-5b8e86backend

50-dən çox cəsəd aşkarlandı

image-reklam-veteninfo

Veteninfo.Az xarici mətbuata istinadən xəbər verir ki, Meksikanın Sonora ştatında itkin düşən uşaqları axtaran analardan ibarət “Axtaran ana” (Madres Buscadoras) vətəndaş cəmiyyəti  50-dən çox cəsəd  qalıqları olan kütləvi məzarlıq aşkarlayıb.   Qrupun rəsmisi Cecilia Patricia Flores, anonim zəngdə kartellər tərəfindən yandırılan cəsədlərin olduğu  bir ərazinin olması ilə bağlı məlumat aldıqlarını deyib. Flores bundan sonra hərəkətə keçdiklərini və onlara təsvir edilən əraziyə çatdıqda, həqiqətən, cəsəd qalıqları tapdıqlarını söyləyib. Cəsədlərin çoxunun yandırıldığını, bəzilərinin isə torbalara qoyularaq atıldığını bildirən Flores, itkin düşənlərin yaxınlarının bu cəsədləri tanıya biləcəklərinə ümid etdiyini bildirib. Flores axtarış apararkən yolda hədələndiklərini, kiminsə yola mismar vurduğunu və buna görə təkərlərinin partladığını da bildirib. Sonora Dövlət Baş Prokurorluğu  ərazidə araşdırmalara başlanıldığını bildirib.

Turqay Musayev




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki