İtaliyanın “Venetsiya” klubu baş məşqçisi Paolo Zanettini istefaya göndərib.
Veteninfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Komanda A Seriyasında 33 oyundan sonra 22 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Paolo Zanetti 2020-ci ilin avqustundan “Venetsiya”ya rəhbərlik edib.