image-44backend

ABŞ Çin və Rusiyanın dostluğundan narahatdır

image-reklam_sirab_01

ABŞ hakimiyyəti Rusiya ilə Çin arasında münasibətlərin möhkəmlənməsindən narahat olduqlarına dair həyəcan təbili çalıb və Pekinə Moskvaya hərbi yardımın göstərilməsinin ÇXR üçün “ciddi nəticələr” verəcəyi barədə xəbərdarlıq edib.

Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamenti belə bir bəyanatla Çinin müdafiə naziri Li Şanfunun Rusiya və Belarusa səfəri fonunda çıxış edib.

“Biz Çin və Rusiya arasında davam edən yaxınlaşmadan narahatıq. Biz buna çox diqqət yetiririk”, – ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.

Onun sözlərinə görə, Vaşinqton Pekinə dəfələrlə xəbərdarlıq edib ki, əgər o, Rusiyaya hərbi yardım göstərsə və ona “sanksiyalardan sistemli şəkildə yan keçməyə” kömək etsə, Çin “ciddi nəticələrlə” üzləşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image