ABŞ dollarının zəifləməsi fonunda qızılın qiyməti artıb.
Veteninfo.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,54%, yaxud 10,05 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 879,3 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,13% azalaraq, 1 unsiyası 23,815 ABŞ dolları təşkil edib.
ABŞ dollarının indeksi də qiymətli metalın dəyərinə təsir göstərir. Belə ki, ABŞ dollarının indeksi 0,18% düşərək, 96,2 bəndə enib. Daha ucuz ABŞ dolları qızılı satınalma üçün daha əlverişli edir.
Bundan başqa, geosiyasi gərginlik də sığınacaq aktiv kimi qızılın qiymətini artırır.
Analitiklərin fikrincə, qızıl bazarında daha yüksək volatillik müəyyən müddət davam edəcək.