image-3backend

ABŞ Energetika Nazirliyi strateji ehtiyatdan 18 milyon barel neft satışına hazırlaşır

image-reklam_sirab_01

ABŞ Energetika Nazirliyi strateji ehtiyatdan 4,8 milyon barel neftin “ExxonMobil” şirkətinə ötürülməsini təsdiqlədiyini açıqlayıb.

Bu barədə Vətəninfo.az “Praym”a istinadən xəbər verir.

Nazirliyin yaydığı press-relizdə dekbarın 17-də qurumun 18 milyon barel neftin satışına dair rəsmi bildiriş yayacağı da qeyd olunub.

Vurğulanıb ki, nazirlik son bir ayda dünya bazarlarında neftin qiymətinin 10% ucuzlaşmasına və ABŞ-da yanacaqdoldurma məntəqələrində qiymətlərin ucuzlaşmağa başlamasına baxmayaraq, strateji ehtiyatla əməliyyatları davam etdirəcək.

Qeyd edək ki, əmtəə müdaxilələri ABŞ prezidenti Co Baydenin bir sıra digər istehlakçı ölkələrlə eyni vaxtda 50 milyon barel neftin buraxılması haqqında fərmanının icrası çərçivəsində həyata keçirilir. Məqsəd yanacaq bazarında qiymətləri aşağı salmaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki