image-222backend

ABŞ-ın ilginc layihəsi: Rusiya oyundan kənarlaşdırılır

image-reklam_sirab_01

“TransCaspian US Resources” şirkəti Rusiyadan yan keçən layihəni canlandırmaq üçün səylərini artırıb

“TransCaspian US Resources” şirkətinə rəhbərlik edən amerikalı iş adamı Habert (Bert) Vatson mayın əvvəlindən türkmən qazının Xəzər və Azərbaycan (Transxəzər qaz kəməri) vasitəsilə Rusiyadan yan keçməklə nəqli layihəsini canlandırmaq üçün səylərini artırıb.

image-3333

“TransCaspian US Resources” şirkətinə rəhbərlik edən amerikalı iş adamı Habert (Bert) Vatson

Bu münasibətlə rəsmi Aşqabadın nümayəndələri ilə əlaqəni ABŞ-ın Türkmənistandakı keçmiş səfiri (2014-2019) “TransCaspian US Resources” şirkətinin həmtəsisçisi Allan Filip Mustard aparır. Paralel olaraq, Vatson Qazaxıstan hakimiyyətinin nümayəndələri ilə əlaqə saxlayır.

Bu arada rəsmi Aşqabad layihənin iqtisadi faydasına baxmayaraq, qərar verməyə tələsmir. Səbəb Rusiya ilə münasibətləri korlamaq istəməməsidir. İxrac marşrutunda dəyişiklik olarsa, türkmən qazı ruslardan yan keçərək xarici bazarlara çıxacaq və bu, onlara ciddi strateji və iqtisadi ziyan vuracaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki