image-reklam-veteninfo
image-1backend

ABŞ indi də Kubaya əlcək atır – Wall Street Journal

image-reklam-veteninfo

ABŞ-ın ilin sonuna qədər Kubada hökumət dəyişikliyi etməyi hədəflədiyi və bu məqsədlə Kuba hökuməti daxilində müəyyən şəxslərlə əlaqə qurmağa çalışdığı iddia edilir. Vətəninfo.az xəbər verir ki, bu barədə anonimlik şərti ilə “Wall Street Journal”a danışan ABŞ rəsmiləri məlumat verib.

Hesabatda bildirilir ki, Donald Tramp administrasiyası 2026-cı ilin sonuna qədər Kubada hökumət dəyişikliyinə gətirib çıxara biləcək razılaşma əldə etmək üçün Havana hökumətindəki fiqurlarla əlaqə yaratmağa çalışıb. Rəsmilər qeyd ediblər ki, Tramp administrasiyası Kubanın iqtisadiyyatını “çökmə ərəfəsində” qiymətləndirir və Venesueladan gələn dəstəyin sona çatması ilə Havana hökumətinin zəiflədiyini düşünür.

Hələlik Kuba hökumətinə son qoymaq üçün konkret plan olmadığı bildirilsə də, Maduronun həbsindən sonrakı hadisələrin Kubaya həm nümunə, həm də xəbərdarlıq rolunu oynadığı vurğulanıb.

Rəsmilər həmçinin iddia edirlər ki, Tramp administrasiyası Mayami və Vaşinqtonda kubalı mühacirlər və vətəndaş qrupları ilə görüşlərdə Kuba hökuməti daxilində güzəştə gedə biləcək şəxsləri müəyyən etməyə çalışıb. Hədəfin hökumətin təchizatını məhdudlaşdıraraq onu zəiflətmək olduğu bildirilir.

ABŞ Prezidenti Donald Tramp isə 11 yanvarda yazdığı tvitdə Venesueladan Kubaya “heç bir neft və ya pul getməyəcəyini” açıqlayıb və Havana hökumətini “çox gec olmamışdan əvvəl razılığa gəlməyə” çağırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki