image-reklam-veteninfo
image-1backend

ABŞ ordusu bu əraziyə hücüm etdi: SEPAH cavb zərbəsi ilə HƏDƏLƏDİ

image-reklam-veteninfo

ABŞ ordusu İranın Lark adasına hücum edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Fars Körfəzi Adaları ofisindən agentliyə verilən məlumata görə, bir saat əvvəl Hörmüzqan vilayətindəki Lark adasına ABŞ-nin dron hücumu həyata keçirilib.

İki nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilib.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İranın Lark adasına hücumuna cavab verəcək.

Bu barədə SEPAH-a istinadən “Fars” agentliyi məlumat yayıb.

“Amerika Lark adasına hücum edib, bir neçə döyüşçümüz, həmvətənimizin şəhid olmasına və yaralanmasına səbəb olub.

Bu addım cavablandırılacaq və təcavüzkarın cəzalandırılması ilə nəticələnəcək”, – SEPAH-dan bildirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki