image-reklam-veteninfo
image-1backend

ABŞ Rusiya neftinin alınmasını qadağan edən qanun layihəsi hazırlayır

image-reklam-veteninfo

Amerika qanunvericiləri Rusiya neftinin istənilən alışının qadağan edilməsinə yönəlmiş yeni qanun layihəsi hazırlayırlar.

Bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü (Pensilvaniya ştatından olan respublikaçı) Brayan Fitspatrik “X” sosial şəbəkəsində məlumat paylaşıb.

“O (qanun layihəsi – red.) növbədənkənar baxılma qaydasında plenar iclasın müzakirəsinə çıxarılacaq və səslərin böyük əksəriyyəti ilə qəbul ediləcək”, – konqresmen qeyd edib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının dünya bazarına tədarükünə icazə verərək 2027-ci il aprelin 7-dək sanksiyalardan müvəqqəti azad edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki