image-62455a0bc982362455a0bc9824164871220362455a0bc982062455a0bc9822-1backend

ABŞ şirkətlərinin mənfəəti 45 illik maksimuma çatıb

image-reklam_sirab_01

Davam edən tədarük zənciri problemləri və işçi qüvvəsi çatışmazlığı səbəbindən artan xərclərə baxmayaraq, 2021-ci ilin IV rübündə ABŞ şirkətlərinin ümumi mənfəəti rekord səviyyəyə yüksəlib.

Veteninfo.az xəbər verir ki, ABŞ Ticarət Departamentinin məlumatına görə, vergilərdən əvvəl və birdəfəlik faktorlar nəzərə alınmadan ümumi mənfəət rüblük ifadədə 0,2% artaraq 2,53 trln. dollara çatıb.

İllik dərəcələr baxımından mənfəət III rüblə müqayisədə 0,7% artaraq 2,94 trln. dollara çatıb.

2020-ci ilə nisbətən korporativ mənfəətin artımı 25% təşkil edib ki, bu da 1976-cı ildən bəri ən yüksək göstəricidir.

2020-ci ildə ABŞ şirkətlərinin ümumi mənfəəti son 5 ildə ilk dəfə azalıb.

Korporativ mənfəətlə bağlı məlumatlar ABŞ Ticarət Departamentinin IV rüb üzrə ÜDM-in dinamikası haqqında hesabatı çərçivəsində açıqlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki