image-reklam-veteninfo
image-21e1605b-c36c-3680-a611-4d487d8a159c_850backend

ABŞ Ukraynaya daha 130 tonluq hərbi yardım göndərib

image-reklam-veteninfo

ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib.

Veteninfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb.

Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur: “Daha 2 hərbi təyyarə Kiyevə çatıb. Bu, ABŞ-ın 15-ci hərbi yardımıdır. Hərbi yardımların ümumi çəkisi 1200 tondan çoxdur”.

Eyni zamanda hərbi yardımın gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl sonuncu hərbi yardım fevralın 9-da göndərilmişdi. Rəsmi Vaşinqton Rusiyanın Ukraynaya mümkün hücumu ilə əlaqədər Kiyevə dəstək göstərəcəyinə razılıq verib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki