image-reklam-veteninfo
image-66866eaeb6ee128d6eee7b5a8430256fbackend

Adil Əliyev bu vəzifəyə təyin olundu

image-reklam-veteninfo

Azərbaycan kikboksinqinə daha bir beynəlxalq uğur imzası atılıb.

Vətəninfo.az  xəbər verir ki, Adil Əliyev Dünya Kikboksinq Təşkilatının (WAKO) Beynəlxalq İnkişaf Komitəsinin üzvü təyin olunub.

Bu barədə WAKO prezidenti Roy Baker tərəfindən göndərilən rəsmi məktubda bildirilib. Qeyd olunub ki, bu təyinat Adil Əliyevin idmanın, xüsusilə kikboksinqin Azərbaycanda və daha geniş regionda inkişafına verdiyi töhfələrin göstəricisidir.

Məktubda qeyd edilib ki, Beynəlxalq İnkişaf Komitəsinin sədri WAKO-nun birinci vitse-prezidenti Espen Lunddur. Komitənin əsas məqsədi dünyanın müxtəlif regionlarında kikboksinq idman növünü inkişaf etdirmək, genişləndirmək və təşviq etmək, ölkələr arasında əməkdaşlığı gücləndirmək, qarşılıqlı anlaşma və idmanda mükəmməlliyə nail olunmasına xidmət edən təşəbbüslər həyata keçirməkdir.

WAKO rəhbərliyi bu nüfuzlu təyinat münasibətilə Adil Əliyevi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki