image-whatsapp-image-2023-02-09-at-12-39-36-1backend

Akademik İsa Həbibbəyli Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edərək başsağlığı verib

image-reklam_sirab_01

Fevralın 9-da AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyini ziyarət edib.
AMEA rəhbəri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüş zamanı faciə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib. Qeyd edib ki, bu dəhşətli günlərdə bütün Azərbaycan xalqı kimi, AMEA-nın kollektivi də türkiyəli qardaşlarımızla həmrəydir və kədərlərinə şərikdir.
AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Akademiya kollektivi adından matəm kitabına ürək sözlərini yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki