“Koronavirus (COVID-19) pandemiyası dövründə dünyada internet bankçılığı 23%, mobil bankçılıq isə 30% artıb”.
Vətəninfo.az xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev deyib.
“Son nəticədə qlobal miqyasda nağd ödənişlər 25% azalıb”, – deyə o, əlavə edib.
Bundan başqa, A.Quliyevin sözlərinə görə, fintex şirkətlərinin aşağı qiymətlərlə xidmət etməsi bankların gəlirləri azaldıb: “Buna görə də, banklar müasir texnologiyaları geniş tətbiq etməli, fintex şirkətləri ilə əməkdaşlıq etməlidir. Fintexlərin ekosistemə daxil edilməsi bank xidmətlərinin həcmini artırır”.
AMB rəsmisi həmçinin deyib ki, Azərbaycanda rəqəmsal ödənişlərə dair 2021-2023-cü illəri əhatə edən strategiya uğurla həyata keçirilir.