image-367055654_595107069494286_2080027582282600064_nbackend

Almaniyada İran hökumətinə yaxın İslam mərkəzləri bağlanacaq

image-reklam_sirab_01

Almaniyanın Yaşıllar Partiyasının lideri Omid Nuripur Frankfurt İslam Mərkəzinin Almaniyadakı İran əleyhdarlarını təhdid edən hərəkətlərinə və bu qurumun Hamburq İslam Mərkəzi ilə əlaqəsinə toxunaraq, sözügedən iki mərkəzi təhlükə adlandırıb.

Partiya rəhbəri Almaniya demokratiyasına müraciət edərək, adıçəkilən mərkəzlərin dərhal bağlanmasına çağırış edib.

Vətəninfo.az xəbər verir ki, o, “X” hesabında (keçmiş “Twitter”) yazıb:

“Frankfurt İslam Mədəniyyəti Mərkəzi İran hökumətini tənqid edənləri təhdid edir, İran rejiminin təbliğat aparatı rolunu oynayır və Hamburq İslam Mərkəzi ilə sıx əlaqələrə malikdir. Bu iki mərkəz demokratiyamızı təhdid edir və dərhal bağlanmalıdır”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki