image-reklam-veteninfo
image-1backend

“Altay” tankının seriyalı istehsalı başladı – Hansı özəlliklərə sahibdir?

image-reklam-veteninfo

Türkiyənin ən böyük müdafiə sənayesi layihələrindən biri olan və milli imkanlarla inkişaf etdirilən “ALTAY” tankının seriyalı istehsalı prosesi rəsmi olaraq başlayıb.

Açıqlanan təqvimə görə, ilk mərhələdə 3 ədəd “ALTAY T1” konfiqurasiyasındakı tank Türkiyə Silahlı Qüvvələrinə təslim edilib. Bu tankların ilkin mərhələdə Cənubi Koreya mənşəli güc qrupu ilə təchiz olunacağı bildirilib.

Tankların təslimatının tədricən aşağıdakı kimi artacağı gözlənilir:

– 2025-ci il – 3 tank (tamamlandı);

– 2026-cı il – 11 tank;

– 2027-ci il – 41 tank;

– 2028-ci il – 30 tank (T1 konfiqurasiyası).

Beləliklə, 2028-ci ilin sonuna qədər cəmi 85 ədəd T1 tankının inventara qatılması hədəflənir. Eyni zamanda, 5 illik dövrdə ümumilikdə 250 Altay Tankının Türk Silahlı Qüvvələrinin sıralarında olacağı açıqlanıb. Zavodda hər ay 8 tankın istehsal olunması planlaşdırılır. Məlumata görə, layihənin sonrakı mərhələlərində əsas diqqət yerli inkişaf olunan BATU Güc Qrupuna keçid olunacaq. 1500 at gücündə olan bu mühərrik və ötürücü dəsti ilə T2 konfiqurasiyasında tank istehsalına başlanılması planlaşdırılır. “BMC Power” tərəfindən hazırlanan bu mühərrikin həcmi 27.3 litr olub, adi bir minik avtomobilinin mühərrikindən təxminən 17 dəfə böyükdür.

Altay tankının texniki xüsusiyyətləri belədir:

– Güc – 1500 at gücündə mühərrik;

– Şassi – Hidropnomatik asqı sistemi ilə təchiz olunub, bu da paletlərin avtomatik olaraq qalxıb-enməsinə imkan yaradır;

– Zireh – Personalı qorumaq üçün inkişaf etdirilmiş qalın zireh texnologiyasından istifadə olunub. Tankın üzərindəki qəfəs dizaynı isə dron və anti-tank mərmilərinə qarşı əlavə müdafiə təbəqəsi yaradır;

– Aktiv Müdafiə Sistemi – ASELSAN tərəfindən istehsal olunan AKKOR adlı aktiv müdafiə sistemi tankı qəbul ediləcək tank əleyhinə mərmilərdən qoruyur;

– Əlavə sistemlər: Lazer aşkarlama və xəbərdarlıq sistemi, hissəcik sistemi və yüksək minadan müdafiə qabiliyyəti.

Qeyd edək ki, bu addım beynəlxalq arenada Türkiyənin tam müstəqil müdafiə sənayesi vizyonu istiqamətində tarixi bir nailiyyət kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki