ABŞ-ın e-ticarət nəhəngi Amazon dəyər itkisinə görə rekord qırıb. Vətəninfo.az xəbər verir ki, şirkət 2021-ci ilin iyun ayından bu yana 1 trilyon dollar dəyər itirib. Amazon, bu sahədə ilk böyük ucuzlaşan şirkət olaraq tarixə düşüb. Digər tərəfdən, ABŞ-ın ən böyük beş şirkətinin dəyər itkisi keçən ildən bəri 4 trilyon dollara yaxınlaşıb.
Şirkətin indiki dəyəri 878 milyard dollar olaraq açıqlanıb.
“Amazon”dan başqa, keçən ildən bəri bir çox şirkət ABŞ fond bazarında dəyərini itirib. Analoji dövrdə Microsoft 900 milyard dollar dəyər itirib, onu Apple və Facebook izləyir.
Amazonun son rübdəki gəlirləri gözləntiləri doğrultmadı. Şirkətin investorlarını bu vəziyyət qane etməyəndə Amazonun ucuzlaşması digərlərini üstələyib. Amazonun çöküş qarşısında işçilərini ixtisar edib-etməyəcəyi bilinmir.