image-7backend

“Apple” şirkətinin kapitallaşması 3 trilyon ABŞ dollarını keçib

image-reklam_sirab_01

“Apple”in səhmləri təxminən 3 faizə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır.

Bu məlumatı hərrac sənədləri əks etdirir. Belə ki, Bakı vaxtı ilə saat 22:46-a olan məlumata görə, “Apple” səhmlərinin qiyməti 2,92 faiz artaraq bir səhm üçün 182,73 ABŞ dolları təşkil edib. Bu rəqəm bir neçə dəqiqə əvvəl 182,88 dollara çatmışdı. Beləliklə, şirkətin kapitallaşması 3 trilyon ABŞ dollarını keçib. (TASS)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki