Bazardakı elanlara əsasən, qəsəbədə evlərin qiymətləri onların sahəsindən, otaq sayından və ümumi şəraitindən asılı olaraq dəyişir. Ərazidə ən aşağı qiymətli təkliflərdən biri 41 000 manata satılan 2 otaqlı və 30 kvadratmetrlik evdir. Sahəsi 47 ilə 70 kvadratmetr arasında dəyişən 2 və 3 otaqlı evlər əsasən 55 000 – 60 000 manat aralığında təklif olunur. Daha geniş sahəyə malik həyət evləri və mənzillər isə 83 000, 85 000 və 90 000 manat kimi qiymətlərlə alıcılara təqdim edilir. Qəsəbədə həmçinin 100 000 manata satılan 4 otaqlı və 75 kvadratmetrlik evlər də mövcuddur.
Səbail rayonunun bu massivində qiymətlərin nisbətən ucuz olmasının əsas səbəbləri ərazinin relyef xüsusiyyətləri və sərt yamaclarda yerləşməsi, bəzi küçələrdə nəqliyyatın hərəkətinin və avtomobil girişinin çətin olması, eləcə də köhnə tikili fondunun üstünlük təşkil etməsi və infrastruktur məhdudiyyətləridir.
Bütün bu çatışmazlıqlara baxmayaraq, mərkəzə yaxın yaşamaq istəyən və büdcəsi məhdud olan alıcılar üçün 20-ci sahə əsas alternativlərdən biri olaraq qalır.“Yeni Sabah”




























